- Offside
- 22:26 01.02.2026
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi dördüncü oyunda qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yığma İslandiyanı üstələyib - 86:79.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) uduzub.
Komanda iyulun 9-da Kosovo ilə üz-üzə gələcək.