23 mart 2026. Bazar ertəsi

Klublararası dünya çempionatında ilk finalçı bəlli oldu


  • Offside
  • 01:40 09.07.2025
  • Oxunma sayı: 161
Klublararası dünya çempionatında ilk finalçı bəlli oldu

2025-ci il Klublararası Dünya Çempionatının yarımfinalında Braziliyanın “Fluminense” və “Çelsi” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "MetLife Stadium"unda (İst Ruterford, ABŞ) baş tutan qarşılaşma 2:0 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

18-ci dəqiqədə "Çelsi"nin hücumçusu Joao Pedro hesabı açıb. Bu matç onun London klubunun start heyətində debütü olub. 56-cı dəqiqədə Pedro dubla imza atıb.

London klubu bu qələbə sayəsində Klublararası Dünya Çempionatının finalına yüksəlib və burada PSJ - "Real Madrid" matçının qalibi ilə qarşılaşacaq. Bu komandalar öz oyunlarını çərşənbə günü, iyulun 9-da keçirəcəklər. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.







Offside