14 dekabr 2025. Bazar günü

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub


  • Offside
  • 16:50 11.07.2025
  • Oxunma sayı: 130
Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub

Yeni mövsümdə Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək basketbol komandaları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı "Neftçi" mübarizəyə birbaşa müntəzəm mövsümdən başlayacaq.

Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.

Qeyd edək ki, hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Almaniyanın Münxen şəhərində təşkil olunacaq püşkatma mərasimində bəlli olacaq.







Offside