1 fevral 2026. Bazar günü

Azərbaycanın beş boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib


  • Offside
  • 11:15 12.07.2025
  • Oxunma sayı: 132
Azərbaycanın beş boksçusu Avropa birinciliyində yarımfinala yüksəlib

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

90deqiqe.Az xəbər verir ki, yarış Azərbaycan millisi üçün uğurlu start götürüb.

İlk 2 gündə boksçularımızdan 7-si qələbə qazanıb. Onlardan ikisi 1/4 finala yüksəldiyi halda, beşi yarımfinala yüksəlib. Yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.

Avropa birinciliyi

1/8 final

Əli Əliyev (48 kq) – Petar Trajçeski (Şimali Makedoniya) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

Adil Zalov (70 kq) – Dord Andrijaseviç (Bosniya və Herseqovina) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28)

1/4 final

Məhəmməd Rəsulov (50 kq) – Georgi Sokolovç (Moldova) – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28)

Raul Heydərli (54 kq) – Mladen Stoyanoviç (Serbiya) – 4:1 (27:30, 29:28, 30:27, 29:28, 29:28)

Səfdər Məmmədzadə (+80 kq) – Aleksandr Oltean (Moldova) – boksçumuz ikinci raundda qalib gəlib

Cəmilə Muradlı (52 kq) – Nataşa Lukiç (Serbiya) – 4:1 (29:28, 29:28, 28:29, 30:27, 29:28)

Zəhra Məmmədova (54 kq) – Aysa Cepelyaç (Serbiya) – rəqib döyüşə gəlməyib

Qeyd edək ki, Avropa birinciliyinə iyulun 16-da yekun vurulacaq.







Offside