- Offside
- 22:26 01.02.2026
NBA-nın ulduz basketbolçusu Lebron Ceymsin "Los Anceles Leykers"dən ayrılmaq ehtimalı güclənir.
90deqiqe.Az-ın “ESPN”ə istinadən yaydığı xəbərə görə, "Qolden Steyt Uorriorz" 39 yaşlı forvardı heyətinə qatmaqda israrlıdır.
Məlumata əsasən, Qərb Konfransının bir neçə klubu, o cümlədən "Qolden Steyt", artıq 2023/24 mövsümündə Lebronun transferini reallaşdırmağa çalışıb. Klublar, ulduz basketbolçunun sərbəst agent statusu alacağı halda, onunla danışıqlara başlamağa hazırdır.
"Leykers" rəhbərliyinə yaxın mənbələr bildirir ki, Lebronun komandadan ayrılması ehtimalı getdikcə artır və bu, 2026-cı ilin yazında baş verə bilər.
Xatırladaq ki, Lebron Ceyms NBA tarixində ən çox xal vuran oyunçudur və 4 dəfə liqanın çempion titulunu qazanıb.