3 iyul 2026. Cümə

"Messi komandamızın lideridir"


  • Offside
  • 11:50 13.07.2025
  • Oxunma sayı: 194
"Messi komandamızın lideridir"

“İnter Mayami”nin baş məşqçisi Xavi Maskerano komandasının hücumçusu Lionel Messinin MLS-də “Neşvill”ə qarşı (2:1) oyunda vurduğu dubla münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Goal.com" argentinalı çalışdırıcının dediklərini belə çatdırıb.

“Lionelin göstərdiyi performans sadəcə möhtəşəmdir. Hər üç gündə yeni rekordlar qırır. O, komandamızın lideri və bayraqdarıdır. Onun müəyyən etdiyi standartlar bizə rəqabətdə yol göstərir. Karyerasının bu mərhələsində onunla işləmək bizim üçün böyük şərəfdir.”

38 yaşlı futbolçu liqa tarixində ardıcıl beş matçda iki və daha çox qol vuran ilk oyunçu olub. Bundan əvvəl o, dörd oyun ərzində eyni nəticəni əldə edən ilk futbolçu kimi tarixə düşmüşdü.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"