14 dekabr 2025. Bazar günü

16 yaşlı tennisçi "Uimbldon Juniors"un qalibi oldu


  • Offside
  • 18:22 13.07.2025
  • Oxunma sayı: 131
16 yaşlı tennisçi "Uimbldon Juniors"un qalibi oldu

16 yaşlı bolqarıstanlı tennisçi İvan İvanov 2025-ci ildə Uimbldonda yeniyetmələr arasında təkbətək yarışın finalında amerikalı Ronit Karkiyə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 6:2, 6:3 hesabı ilə başa çatıb. Tennisçilər kortda 59 dəqiqə keçiriblər.

Turnir zamanı İvanov ikinci mərhələdə rusiyalı Eqor Pleşivtsevi məğlub edib.

2024-cü ildə norveçli Nikolay Budkov Kjaer finalda hollandiyalı Mes Röttgerinqi məğlub edərək gənclər arasında Uimbldon çempionu olub.







Offside