6 dekabr 2025. Şənbə

Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar


  • Offside
  • 12:06 14.07.2025
  • Oxunma sayı: 183
Azərbaycanın stolüstü tennisçiləri Universiadada mübarizə aparacaqlar

Azərbaycanın stolüstü tennisçiləri Almaniyada təşkil olunacaq Ümumdünya Universitet Oyunlarında iştirak edəcəklər.

Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Universiadada 7 idmançı mübarizə aparacaq.

Heyətdə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nigar Mahmudova, Nihad Səmədzadə, Amin Oruczadə və Tural Mirzəyev yer alacaq.

İyulun 16-da başlayacaq yarışa ayın 24-də yekun vurulacaq. Stolüstü tennisçilər Essen şəhərində keçiriləcək yarışda mübarizəyə iyulun 17-də qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan Ümumdünya Universitet Oyunlarında 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunacaq.







Offside