- Offside
- 23:24 05.12.2025
“Əl-Nəsr”in və Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo yeni mövsümdə xeyli sayda matçı buraxacaq.
90deqiqe.Az-ın məlumata görə, 40 yaşlı futbolçu portuqaliyalı baş məşqçi Xorxe Jesusla söhbət edib, bundan sonra onlar daha az əhəmiyyət kəsb edən oyunlarda futbolçunun sağlamlığını qorumaq qərarına gəliblər.
Ronaldonun yaşını nəzərə alaraq, məşqçi və futbolçu hesab edir ki, forvardın iş yükünü diqqətlə izləmək lazımdır. 2024/2025 mövsümündə Kriştiano yorğunluq səbəbindən bir neçə matçı buraxmaq məcburiyyətində qalıb.
Belə insidentlərin qarşısını almaq üçün forvard bütün matçların ən azı 25%-ni buraxmağa razılaşıb. Ronaldo dünya çempionatına optimal formada yaxınlaşmaq üçün zədə və travmalardan qaçmaq istəyir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı çempionatı avqustun 21-də başlayır.