14 dekabr 2025. Bazar günü

"Seltik" yeni səfər formasını təqdim etdi - FOTO


  • Offside
  • 22:32 15.07.2025
  • Oxunma sayı: 218
"Seltik" yeni səfər formasını təqdim etdi  - FOTO

Şotlandiyanın “Seltik” klubu 2025/26 mövsümündə istifadə edəcəyi yeni səfər formasını təqdim edib.

90deqiqe.Az Glazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, forma 1990-cı illərin idman geyimlərindən ilham alınaraq dizayn edilib.

Yeni forma tamamilə qara rəngdə hazırlanıb və üzərində incə, eninə parlaq yaşıl zolaqlar yer alıb. Klubun loqosu, texniki və titul sponsorların simvolları da yaşıl rəngdə təqdim olunub. Formaya uyğun olaraq, şalvar və getr hissələri də qara rəngdədir və yaşıl elementlərlə tamamlanıb.

Qeyd edək ki, “Seltik” ötən mövsüm 55-ci dəfə Şotlandiya çempionu olub, həmçinin 22-ci dəfə ölkə liqa kubokunu qazanıb.







Offside