- Offside
- 23:27 13.12.2025
"Çelsi" 2025-ci il Klublararası Dünya Çempionatında qazandığı uğur sayəsində klub büdcəsini 114,6 milyon avro artırıb.
90deqiqe.Az-ın məlumatına görə, turnirin qalibi olan London təmsilçisi ən çox gəlir əldə edən klub olub. İkinci yerdə 106,9 milyon avro gəlir əldə edən PSJ qərarlaşıb.
İlk üçlükdə isə 82,5 milyon avro ilə Madrid "Real"ı qərarlaşıb.
Turnirin ən çox gəlir gətirən ilk 10 klubu aşağıdakılardır:
"Çelsi" — 114,6 milyon avro
PSJ — 106,9 milyon avro
"Real Madrid" — 82,5 milyon avro
"Fluminense" — 60,8 milyon avro
"Bavariya" — 58,2 milyon avro
"Borussiya Dortmund" — 52,3 milyon avro
"Mançester Siti" — 51,7 milyon avro
"Palmeyras" — 49,8 milyon avro
"İnter" — 36,8 milyon avro
"Əl-Hilal" — 34,2 milyon avro
Bu nəticə "Çelsi"nin maliyyə gücünü daha da möhkəmləndirib və klubun gələcək planları üçün önəmli maliyyə dəstəyi yaradıb.
Qeyd edək ki, turnirin final görüşündə London klubu parislilərə 3:0 hesabı ilə qalib gəlib.