14 dekabr 2025. Bazar günü

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatında CEV nümayəndəsi olub


  • Offside
  • 16:57 16.07.2025
  • Oxunma sayı: 126
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatında CEV nümayəndəsi olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov beynəlxalq yarışda CEV nümayəndəsi kimi iştirak edib.

90deqiqe.Az-ın məlumatına görə, o, Albaniyada təşkil olunan 16 yaşadək (U-16) qızların Avropa çempionatının final mərhələsində hakimlərin və supervayzerin işini qiymətləndirib.

Cəfərov mükafatlandırma mərasimində iştirak edərək, ən yaxşı oyunçuya və qalib komandaya kubok təqdim edib.

Qeyd edək ki, yarışda Polşa birinci, Türkiyə ikinci, İtaliya isə üçüncü yeri tutub.







Offside