6 dekabr 2025. Şənbə

Çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib


  • Offside
  • 20:37 16.07.2025
  • Oxunma sayı: 156
Çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Çimərlik güləşi üzrə Azərbaycan çempionatına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Çimərlik Arenasında təşkil edilən yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr çıxış edib.

Ümumilikdə 4 çəki üzrə 71 güləşçi mübarizə aparıb.

Nəticələrə əsasən Əlirza Heybətli (60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev (80 kq) və Möhlət Qasımov (90 kq) birinci yeri tutublar.

Fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim edilib. Medalçılar çimərlik güləşi üzrə milli komandaya cəlb ediləcək və gələn il Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlıq proseslərində iştirak edəcəklər.







Offside