6 dekabr 2025. Şənbə

Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub


  • Offside
  • 20:13 17.07.2025
  • Oxunma sayı: 110
Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub.

90deqiqe.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.

Millinin qrupda ilk oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.

Qeyd edək ki, Avropa Kuboku 5–7 sentyabr aralığında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək.







Offside