6 dekabr 2025. Şənbə

Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təsil edəcək idmançılarla görüş keçirilib


  • Offside
  • 12:52 18.07.2025
  • Oxunma sayı: 131
Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təsil edəcək idmançılarla görüş keçirilib

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək paralimpiyaçılarla görüş keçirib.

Bu barədə 90deqiqe.Az-a MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə MPK-nın prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov, idmançılar, məşqçilər və komitə nümayəndələri iştirak ediblər.

Görüşdə idmançılara olan inam ifadə edilib, qarşıdan gələn mötəbər turnirdə uğurlar arzulanıb.

Paralimpiyaçılar 7 idman növündə (parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük, parakamandan oxatma, parastolüstü tennis, boccia) 17 idmançı (11 kişi və 6 qadın) ilə təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komandasının debüt edəcəyi 7-ci Avropa Gənclər Paralimpiya Oyunları iyulun 21-28-i aralığında İstanbulda təşkil ediləcək. 13-23 yaş qrupu üzrə keçiriləcək yarışda 33 ölkədən 700-ə yaxın idmançı 9 idman növü üzrə medallar uğrunda mübarizə aparacaq.

Avropa Gənclər Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış tədbiri isə 27-də keçiriləcək.







Offside