4 iyul 2026. Şənbə

Universiadada qızıl medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup komandası mükafatlandırılıb


  • Offside
  • 23:27 18.07.2025
  • Oxunma sayı: 266
Universiadada qızıl medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup komandası mükafatlandırılıb

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında qızıl medal qazanan Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mükafatlandırılıb.

90deqiqe.Az xəbər verir ki, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət kollektivə qızıl medallar təqdim edilib.

Ukrayna yığması gümüş, Yaponiya komandası isə bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycanın qrup komandası iki hərəkətin (beş lent, üç top və iki halqa) cəmində 50.500 xal toplayaraq birinci yeri tutub.







Offside