6 dekabr 2025. Şənbə

Kriştiano Ronaldo “Əl-Nəsr”dəki yeni təyinatla bağlı paylaşım etdi


  • Offside
  • 20:52 19.07.2025
  • Oxunma sayı: 174
Kriştiano Ronaldo “Əl-Nəsr”dəki yeni təyinatla bağlı paylaşım etdi

“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunda sabiq komanda yoldaşı Jose Semedunun baş direktor vəzifəsini icra edən şəxs qismində təyin olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı ulduz bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Fəxr edirəm səninlə! Gəlin birlikdə hər şeyi edək!”

Qeyd edək ki, Ronaldo və Semedu “Sportinq B” komandasında qısa müddət birgə çıxış ediblər. Yerli mətbuat Semedunun Ronaldonun yaxın dostu olduğunu vurğulayır və bu təyinatın portuqaliyalı futbolçunun klubdaxili nüfuzunun daha da artdığını göstərdiyini qeyd edir.

Ronaldo geridə qalan mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlər daxil olmaqla 41 oyunda iştirak edib, 35 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı 39 yaşlı hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.







Offside