6 dekabr 2025. Şənbə

Noyer və Bissel İtaliyada möhtəşəm toy mərasimi keçiriblər - FOTOLAR


  • Offside
  • 22:52 21.07.2025
  • Oxunma sayı: 148
 Noyer və Bissel İtaliyada möhtəşəm toy mərasimi keçiriblər - FOTOLAR

Almaniyanın məşhur qapıçısı Manuel Noyer ailə həyatı qurub.

90deqiqe.Az-ın “Bolzano Quotidiano” nəşrinə istinadən məlumatına görə,  39 yaşlı qolkiper və 25 yaşlı həndbolçu Anika Bissel 19 iyul tarixində İtaliyanın Cənubi Tirol bölgəsində yerləşən tarixi Freudenstein qalasında möhtəşəm toy mərasimi keçiriblər.

XIII əsrə aid olan qəsrdə baş tutan mərasimə təxminən 150 qonaq qatılıb. Qonaqlar arasında Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak da olub.

Qeyd edək ki, Noyer və Bissel 2023-cü ilin noyabr ayında rəsmi nikaha daxil olublar. 2024-cü ilin yazında onların oğlu Luka dünyaya gəlib.

Xatırladaq ki, Manuel Noyer geridə qalan mövsümdə “Bavariya”nın heyətində 40 oyunda iştirak edib və bu matçların 21-də qapısını toxunulmaz saxlayıb.







Offside