6 dekabr 2025. Şənbə

Azərbaycan Üzgüçülük Federasiyasının konfransı keçirilib - FOTOLAR


  • Offside
  • 11:08 22.07.2025
  • Oxunma sayı: 142
Azərbaycan Üzgüçülük Federasiyasının konfransı keçirilib - FOTOLAR

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) konfransı keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə federasiyanın strateji planı, son yeniliklər və gələcək hədəflər təqdim olunub.

Konfransda gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, Elm və Təhsil Nazirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Federasiya prezidenti Zaur Əliyev çıxışında ASF-nin üzgüçülüyü ölkə üzrə daha geniş yaymaq, bu idman növünə marağı artırmaq və beynəlxalq arenada daha böyük uğurlar əldə etmək istiqamətində planlarından bəhs edib. O, qurumun əsas məqsədinin üzgüçülüyü kütləviləşdirmək olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu da təqdim olunub.

Nazir Fərid Qayıbov çıxışında federasiyanın fəaliyyətini yüksək qiymətləndirərək, bu sahədə görülən işlərin davamlı olmasının vacibliyini qeyd edib və federasiyaya uğurlar arzulayıb.

Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün insan sağlamlığına və inkişafına müsbət təsirini qeyd edərək, bu sahənin xüsusilə uşaqlar üçün əlçatan olmasının vacibliyini bildirib. O, yeni üzgüçülük hovuzlarının istifadəyə verilməsinin bu istiqamətdə önəmli addım olduğunu vurğulayıb.

ASF-nin baş katibi Oqtay Atayev təqdimatında ötən dövr ərzində görülən işlər və yeniliklər barədə məlumat verib. O, maaş və mükafat sisteminin tətbiqinə başlanıldığını, federasiyada tibbi müşavirin təyin olunduğunu və idmançıların formalarla təmin edildiyini bildirib.

Bununla yanaşı, federasiyanın rəsmi veb-saytının yeniləndiyi və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərildiyi qeyd olunub.







Offside