1 fevral 2026. Bazar günü

Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb


  • Offside
  • 15:35 22.07.2025
  • Oxunma sayı: 149
Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb

Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.

Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub. Ə.İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.

Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.







Offside