23 noyabr 2024. Şənbə

Elmar Qasımov yarımfinalda uduzdu


  • Offside
  • 15:20 30.08.2019
  • Oxunma sayı: 499
Elmar Qasımov yarımfinalda uduzdu

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.

Corner.az xəbər verir ki, bu gün Azərbaycanın  daha iki cüdoçusu mübarizəyə qoşulub.


100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıb. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarini ilə qarşılaşıb və bu dəfə 96 saniyəyə ipponla qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olub. Qasımov bu rəqibini də ipponla məğlub edərək mərhələni adlayıb. O, final uğrunda mübarizədə portuqaliyalı Jorje Fonseka ilə üz-üzə gəlib. İdmançımız bu rəqibi ilə bacarmayıb. Lakin Qasımov bürünc medal şansını davam etdirir. O, Kotsoyevi mübarizədən kənarlaşdıran Aaron Volfla üz-üzə gələcək

Kotsoyev ilk görüşündə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb. 

Qeyd edək ki, daha əvvəl 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 







Offside