- Offside
- 23:27 13.12.2025
Futbolçu Diogu Jotanın həyat yoldaşı Rute Kardozu sosial şəbəkədə ilk dəfə paylaşım edib.
90deqiqe.Az xəbər verir ki, Kardozu iyunun 22-də baş tutan nikah mərasimindən fotoşəkillər paylaşıb.
“Bir ayımız tamam oldu. Ölüm belə bizi ayıra bilməz. Həmişə sənin gəlinin” - deyə, paylaşımında qeyd edib.
İstintaq versiyasına əsasən, qəzanın səbəbi avtomobilin təkərinin partlaması olub. Avtomobilin sürət həddini aşması qəzanın daha ciddi nəticələnməsinə səbəb olub. Qəza zamanı avtomobil yanıb, futbolçuların sağ qalma şansı olmayıb.
İyulun 3-də Jota və onun qardaşı Andre Silva avtomobil qəzasında həyatını itirib.
“Liverpul” klubu Diogu Jotanı ehtiramla yad edərək, onun 20 nömrəli formasını rəsmən bağlayıb və futbolçunun ailəsinə bütün maliyyə ödənişlərini təmin edib.