6 dekabr 2025. Şənbə

Taekvondoçumuz Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib


  • Offside
  • 17:21 23.07.2025
  • Oxunma sayı: 102
Taekvondoçumuz Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.

Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a bildirilib ki, ilk yarış günündə Azərbaycan yığmasının üç təmsilçisi dayanq üzərinə çıxır.

Onlardan biri – 48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Mehdi Budaqlı yarışa inamlı başlanğıc edib. İlk mərhələdə rəqibi görüşə çıxmadığı üçün texniki qələbə qazanan təmsilçimiz, 1/16 finalda Ermənistan təmsilçisi Sergey Davtyanı məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Budaqlının 1/8 finaldakı rəqibi Türkiyə idmançısı Altuğ Keske olacaq. Gənc taekvondoçumuzun növbəti mərhələdə də uğurlu çıxış edəcəyi gözlənilir.

 

 







Offside