1 fevral 2026. Bazar günü

Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib


  • Offside
  • 00:16 27.07.2025
  • Oxunma sayı: 107
Azərbaycan yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, komanda Ukrayna seçməsi ilə üz-üzə gəlib.

Əlavə vaxta gedən görüş rəqibin 71:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Rumıniya yığmasına da məğlub olub - 34:60. Komanda növbəti görüşünü iyulun 27 -də Gürcüstana qarşı keçirəcək.







Offside