14 dekabr 2025. Bazar günü

Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı keçirilib


  • Offside
  • 09:00 27.07.2025
  • Oxunma sayı: 69
Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı keçirilib

İyulun 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışda ümumilikdə 17 dövlət qurumunu təmsil edən 47 iştirakçı bacarıqlarını sınayıb.

Yekun nəticələrə əsasən, qadınlar arasında “AzerGold” QSC-nin nümayəndəsi Nərgiz Alıyeva fəxri kürsünün birinci pilləsinə yüksəlib. İkinci yerə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İlhamə Cəfərova, üçüncü yerə isə Mərkəzi Bankın nümayəndəsi Jalə Əsgərli layiq görülüblər.

Kişilər arasında Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Aydın Mirzəyev birinci olub. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Cəlal Bəşirov ikinci yerə, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndəsi Fərhad Əliyev isə üçüncü yerə sahib olublar.







Offside