6 dekabr 2025. Şənbə

“Sabah” klubu amerikalı oyunçu ilə müqavilə imzalayıb


  • Offside
  • 14:51 06.08.2025
  • Oxunma sayı: 103
“Sabah” klubu amerikalı oyunçu ilə müqavilə imzalayıb

“Sabah” basketbol klubu mövsümlərarası fasilədə sıralarını gücləndirməkdə davam edir.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ-dan olan basketbolçu Devid Nikollsla 2 illik müqavilə imzalayıb. O, 2024/2025 mövsümündə Macarıstanın “Alba Feherver” klubundakı uğurlu çıxışı ilə diqqət çəkib.

29 yaşlı basketbolçu 183 santimetr boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyunqurucusu “Albani Qreyt Deyns” və “Florida Steyt Seminoulz” komandalarında stabil çıxışı ilə yadda qalıb.

Nikolls son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.







Offside