- Offside
- 23:24 05.12.2025
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev ölkə cüdosunun inkişafında misilsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli ilə 80 illik yubileyi münasibətilə görüşüb.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, görüş zamanı Rəşad Nəbiyev cüdonun Azərbaycanda formalaşması və inkişafında mühüm rol oynamış yubilyarın məşqçi kimi qazandığı uğurları yüksək qiymətləndirib, onun uzun illər ərzində bu sahəyə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Sonda Rəşad Nəbiyev Əhməddin Rəcəblini 80 yaşının tamam olması münasibətilə ACF-nin fəxri fərmanı ilə təltif edib.