19 may 2026. Çərşənbə axşamı

Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib


  • Offside
  • 17:26 08.08.2025
  • Oxunma sayı: 167
Futbolun İnkişaf Fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib

Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər ediblər.

Bu barədə 90deqiqe.Az-a FİF-in mətbaut xidmətindən məlumat verilib.

Səfər zamanı hər iki bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub.

Səfər zamanı FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. İcra başçısına fondun regionda gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib.

Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə “Ağstafa Gəncləri” və “Göyəzən” futbol klublarına təmənnasız bağışlanılıb.







Offside