- Offside
- 23:24 05.12.2025
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.