19 may 2026. Çərşənbə axşamı

Azərbaycanı Braziliyada keçiriləcək uşu üzrə mundialda təmsil edəcək idmançılar müəyyənləşib


  • Offside
  • 11:12 11.08.2025
  • Oxunma sayı: 240
Azərbaycanı Braziliyada keçiriləcək uşu üzrə mundialda təmsil edəcək idmançılar müəyyənləşib

Azərbaycanı Braziliyada keçiriləcək uşu üzrə böyüklər arasında dünya çempionatında təmsil edəcək idmançılar müəyyənləşib.

Bu barədə 90deqiqe.Az-a Uşu Federasiyasından məlumat verilib.

Yarışda məşqçi Elçin Eminovun rəhbərliyi altında Orxan Hətəmov (52 kq), Amin Əlilli (60 kq), Həmzə Rəsulzadə (65 kq), Nicat Kisiyev (70 kq) və Elvin Abbasov (85 kq) iştirak edəcəklər.

Qeyd edək ki, dünya çempionatı avqustun 31-dən sentyabrın 7-dək keçiriləcək.







Offside