1 fevral 2026. Bazar günü

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatına yollanıblar


  • Offside
  • 10:43 11.08.2025
  • Oxunma sayı: 274
Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatına yollanıblar

Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.

Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.







Offside