9 dekabr 2025. Çərşənbə axşamı

“Traktor” İran Superkubokunun qalibi oldu


  • Offside
  • 23:01 11.08.2025
  • Oxunma sayı: 235
“Traktor” İran Superkubokunun qalibi oldu

İranın son çempionu olan Təbrizin “Traktor” klubu mövsümün ilk tituluna sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, Təbriz təmsilçisi Superkubokun finalında “İstiqlal” üzərində qələbə qazanıb.

“Nəqşi Cahan” stadionunda keçirilən qarşılaşma “Traktor”un 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Beləliklə, klub tarixində növbəti Superkubok titulunu əldə edib.

Qeyd edək ki, “Traktor” ötən mövsüm İran Premyer Liqasının qalibi olmuşdu və bu nəticə ona Superkubokda oynamaq imkanı vermişdi.







Offside