- Offside
- 23:56 30.06.2026
Braziliyalı voleybolçu Luiza Tomas karyerasını Azərbaycanda davam etdirəcək.
"Gəncə"nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bölgə klubu oyunçu ilə müqavilə imzalayıb.
O, ötən mövsümü Portuqaliyanın "Benfika" komandasında keçirib.
L.Tomas Portuqaliya Superkubokunun və I divizionunun qalibi olub.