14 dekabr 2025. Bazar günü

Gəncədə keçiriləcək Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb


  • Offside
  • 17:52 14.08.2025
  • Oxunma sayı: 195
Gəncədə keçiriləcək Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb

“Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq. Mükafat fondu 41 200 manat olan festival A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin təşkili də nəzərdə tutulub.

A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blitsdə isə reytinq məhdudiyyəti tətbiq edilmir.

Qeyd edək ki, “Ganja Open 2025” “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq yarışdır. Festival "Baku Open"dən sonra ən böyük mükafat fonduna sahib olacaq.







Offside