- Offside
- 15:00 22.03.2026
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Avstriyaya məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda rəqibinə müqavimət göstərə bilməyib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə qonaqlar inamlı qələbə qazanıblar - 3:0 (25:13, 25:12, 25:18).
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə uduzub.