6 dekabr 2025. Şənbə

Polşalı tennisçi 1/4 finalda


  • Offside
  • 22:14 19.08.2025
  • Oxunma sayı: 158
Polşalı tennisçi 1/4 finalda

Polşa tennisçisi İqa Şventek və norveçli Kasper Ruud US Open 2025-in qarışıq cütlüklər turnirində 1/4 finala vəsiqə qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, cütlük birinci turda amerikalı Madison Kiz və Fransis Tiafo üzərində 4:1, 4:2 hesabı ilə qələbə əldə edib. Matç 40 dəqiqə davam edib. Bu müddət ərzində Şvëntek və Ruud iki as və iki ikiqat səhv edib, altı imkanlı breyk-poyntdan ikisini reallaşdırıblar. Kiz və Tiafo isə heç bir as qazana bilməyib, beş ikiqat səhvə yol verib və breyk-poyntdan yararlana bilməyiblər.

1/4 finalda Şventek və Ruud amerikalı Keti Maknelli və italyan Lorenzo Muzetti ilə qarşılaşacaqlar.







Offside