6 dekabr 2025. Şənbə

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib


  • Offside
  • 17:58 22.08.2025
  • Oxunma sayı: 131
Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

90deqiqe.Az-ın məlumatına görə, UEFA D qrupunun IV turunda, oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.







Offside