6 dekabr 2025. Şənbə

"Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik"


  • Offside
  • 17:46 22.08.2025
  • Oxunma sayı: 141
"Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik"

"Dünya çempionatında 3 bürünc medal qazandıq, bir idmançımız da 5-ci yeri tutdu. 71 xal toplayaraq, komanda hesabında dünya 4-cüsü olduq. Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik.

"90deqiqe.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri 20 yaşadək sərbəst güləşçilərdən ibarət yığmanın böyük məşqçisi Arif Abdullayev deyib.

“Avropa ölkələri arasında ən yaxşı nəticəni göstərdik. Bundan da yaxşı nəticə əldə edə bilərdik. Yusif Dursunov iranlı güləşçiyə sonuncu xal prinsipinə görə məğlub oldu. Əsas ümidlərimiz böyük arasında Avropa mükafatçısı olmuş Ağanəzər Novruzova idi, Ancaq nəticə gözlədiyimiz kimi olmadı. Bəzi idmançılarımız fərdi səhvlərə görə məğlub oldular. Ümumi götürəndə nəticə qənaətbəxşdir. Gənclərimiz böyük perspektiv vəd edir. Bu səhvləri aradan qaldırsalar, böyük nəticələr əldə etməyə qadir olacaqlar".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında 3 bürünc medal qazanıblar.







Offside