- Offside
- 23:24 05.12.2025
Səudiyyə Ərəbistanı Superkubokunun final oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Əl-Nəsr” və “Əl-Əhli” komandaları arasında keçirilən həyəcanlı qarşılaşma penaltilər seriyasına qədər uzanıb. Əsas vaxtda 2:2 hesabı qeydə alınıb, penaltilərdə isə “Əl-Əhli” 5:3 hesabı ilə qalib gəlib və Superkubokun sahibi olub.
Görüş Honq-Konqda yerləşən “So-Kon-Po” stadionunda baş tutub.
Matçda hesabı 41-ci dəqiqədə Kriştianu Ronaldu penalti zərbəsi ilə açıb – 1:0. Lakin 45+6-cı dəqiqədə Frank Kessye cavab qolunu vuraraq tarazlığı bərpa edib. 83-cü dəqiqədə Marselo Brozoviç “Əl-Nəsr”i yenidən önə çıxarsa da, 89-cu dəqiqədə Roje İbanes “Əl-Əhli”nin ümidlərini yenidən dirçəltdi – 2:2.
Penaltilər seriyasında daha dəqiq olan “Əl-Əhli” 5:3 hesabı ilə qalib gələrək turnirin çempionu elan olunub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro Liqasının ötən mövsümündə “Əl-Nəsr” üçüncü, “Əl-Əhli” isə beşinci yeri tutmuşdu.