6 dekabr 2025. Şənbə

Rusiyalı tennisçi Monterrey turnirinin finalına yüksəldi


  • Offside
  • 23:57 23.08.2025
  • Oxunma sayı: 156
Rusiyalı tennisçi Monterrey turnirinin finalına yüksəldi

Dünya reytinqində 14-cü pillədə qərarlaşan rusiyalı tennisçi Yekaterina Aleksandrova Meksikada keçirilən WTA-500 kateqoriyalı Monterrey turnirində finala yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Aleksandrova yarımfinal mərhələsində Çexiya təmsilçisi Mari Bouzkovaya (WTA 53) qarşı oynayıb.

Rəqib ilk setdən sonra görüşü davam etdirməkdən imtina edib. Aleksandrova birinci seti 6:3 hesabı ilə qazanıb.

Görüş ümumilikdə 57 dəqiqə davam edib.

Finalda Aleksandrovanı daha bir rusiyalı tennisçi – dünya reytinqinin 22-cisi Diana Şnayder gözləyir.







Offside