- Offside
- 23:24 05.12.2025
“Rosario Sentral”ın yarımmüdafiəçisi Anxel Di Mariya Argentina Klausrurasının 6-cı turunda “Nyuells Old Boyz” üzərində qazanılan qələbədən (1:0) sonra emosiyalarını bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "ESPN" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.
“Çox həyəcanlı idim, çünki bu arzunu gerçəkləşdirmək istəyirdim: hər həftə ‘Hixante de Arroyito’da oynamaq, bunu ailəmlə birlikdə yaşamaq. Açığı, minnətdarlıqdan başqa söz tapa bilmirəm.
Bilmirəm, bəlkə də bir vaxtlar məni lənətləyənlər olub. Amma heç kim mənim və ailəmin nələr yaşadığını bilmirdi. Bu qələbəni onlar üçün qazanmışam – xüsusən də həyat yoldaşım və qızlarım üçün. Onlar mənimlə birgə əziyyət çəkdilər, amma dəstək oldular ki, bu arzumu gerçəkləşdirə bilim.
Mən ‘Sentral’la çempion olmaq istəyirəm”
Qeyd edək ki, oyunda yeganə qol məhz 36 yaşlı futbolçunun hesabına yazılıb.