6 dekabr 2025. Şənbə

Azərbaycan yığması Niderland səddini aşa bilmədi


  • Offside
  • 20:53 24.08.2025
  • Oxunma sayı: 191
Azərbaycan yığması Niderland səddini aşa bilmədi

3x3 basketbol üzrə Azərbaycan millisinin qadın komandası Dünya Qadın Seriyasının Səbail mərhələsində mübarizəni yarımfinalda dayandırıb.

90deqiqe.Az xəbər verir ki, millimiz dörddəbir finalda Rumıniyanın “Rapid” klubuna qalib gəlib – 18:15. Lakin yarımfinalda rəqib Niderland olub və yığmamız güclü komandaya 8:21 hesabı ilə məğlub olub.

Xatırladaq ki, B qrupunda çıxış edən Azərbaycan yığması ilk oyunda Çexiyaya 15:17 hesabı ilə uduzmuş, daha sonra Filippini 21:14 hesabı ilə məğlub etmişdi.







Offside