6 dekabr 2025. Şənbə

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub


  • Offside
  • 23:03 24.08.2025
  • Oxunma sayı: 286
Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.







Offside