6 dekabr 2025. Şənbə

Qazaxıstanlı tennisçi "US Open"in ikinci mərhələsinə yüksəldi


  • Offside
  • 23:19 26.08.2025
  • Oxunma sayı: 174
Qazaxıstanlı tennisçi "US Open"in ikinci mərhələsinə yüksəldi

Dünyanın 24-cü raketkası, qazaxıstanlı Aleksandr Bublik 2025-ci il ABŞ Açıq Turnirinin (US Open) ilk turunda xorvatiyalı Marin Çiliçi məğlub edərək ikinci mərhələyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Bublik 62-ci reytinqdə olan rəqibini 6:4, 6:1, 6:4 hesabı ilə üstələyib.

Matç 1 saat 51 dəqiqə davam edib. 

İkinci mərhələdə Bublik italiyalı Lorenzo Soneqo və avstraliyalı Tristan Skulkeit arasında keçiriləcək oyunun qalibi ilə üz-üzə gələcək.







Offside