- Offside
- 23:24 05.12.2025
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir. Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.
Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək.
Qeyd edək ki, turnirin final mərhələsi avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.