6 dekabr 2025. Şənbə

Azərbaycan paragüllə atıcısı Beynəlxalq Qran-pridə qızıl medal qazanıb


  • Offside
  • 17:20 28.08.2025
  • Oxunma sayı: 117
Azərbaycan paragüllə atıcısı Beynəlxalq Qran-pridə qızıl medal qazanıb

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq Qran-pridə qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz 10 metr məsafədən (P1) atəş açmada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, turnirdə ümumilikdə 236.9 xalla birinci yeri tutub







Offside