- Offside
- 15:00 22.03.2026
Kişi voleybolçulardan ibarət “Murov Az Terminal” klubuna yeni baş məşqçi təyin olunub.
Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, Finlandiyadan olan təcrübəli mütəxəssis Ruslan Jbankov ilə müqavilə imzalanıb.
Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb
Qeyd edək ki, Ruslan Jbankov Rusiya Superliqasında da məşqçi kimi fəaliyyət göstərib. Ölkəsində isə bir neçə dəfə çempion olub və hətta “İlin məşqçisi” adına layiq görülüb.