6 dekabr 2025. Şənbə

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi


  • Offside
  • 23:27 30.08.2025
  • Oxunma sayı: 133
“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Naxçıvan təmsilçisi ilkin mərhələnin son oyununda Avstriya çempionu “Ljuti Krajişniçi” ilə üz-üzə gəlib. Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Yevgeni Kukseviçin rəhbərlik etdiyi komandanın inamlı qələbəsi ilə başa çatıb – 12:3.

Bununla da “Araz-Naxçıvan” F qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb. Komanda daha əvvəl Şimali İrlandiyanın “Sparta Belfast”ını 9:1, Şotlandiya təmsilçisi “PYF Saltires”i isə 7:2 hesabı ilə məğlub etmişdi.

Beləliklə, “Araz-Naxçıvan” qrup lideri olaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, əsas mərhələnin oyunları 26 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək.







Offside