6 dekabr 2025. Şənbə

"Yarışı beynəlxalq miqyasda görmək istəyirik"


  • Offside
  • 14:10 31.08.2025
  • Oxunma sayı: 79
"Yarışı beynəlxalq miqyasda görmək istəyirik"

Mingəçevir şəhərində ənənəvi “Kürü keçək?!” üzgüçülük yarışı keçirilib. Sayca dördüncü dəfə təşkil olunan yarışda ölkənin bütün şəhər və rayonlarından 12 yaşdan yuxarı, üzmə bacarığına malik şəxslər iştirak ediblər.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev jurnalistlərə açıqlamasında yarışın böyük maraqla qarşılandığını bildirib:

“Bu yarış üçün 600-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Özüm də ilk dəfədir burada iştirak edirəm. Xüsusilə gənclərin və xanımların marağını görmək sevindiricidir. Bu, onların üzgüçülük idman növünü daha da sevməsinə təkan verir. Arzumuz budur ki, ‘Kürü keçək?!’ yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil edək”.

Federasiya rəhbəri əlavə edib ki, tədbirin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, üzgüçülüyün kütləviləşməsinə və ölkədə bu idman növünün inkişafına dəstək verməkdir.







Offside