22 mart 2026. Bazar günü

Minifutbol üzrə Çempionlar Liqasının püşkü atıldı - Azərbaycan təmsilçilərinin rəqibləri bəlli oldu


  • Offside
  • 21:07 01.09.2025
  • Oxunma sayı: 97
Minifutbol üzrə Çempionlar Liqasının püşkü atıldı  - Azərbaycan təmsilçilərinin rəqibləri bəlli oldu

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. 

90deqiqe.Az xəbər verir ki, turnirdə mübarizə aparacaq Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

“Birbaşa Bakı” Serbiyanın “Red Star Belqrad”, Portuqaliyanın “Portu” və Rumıniyanın “Rımniku Vılça” komandaları ilə eyni qrupda yer alıb.

Digər təmsilçimiz “Zirə” İsrailin “Red Meat Afula”, Slovakiyanın “MF 22 Jakmart Humenne” və Macarıstanın “Budapeşt” klubları ilə qarşılaşacaq.

“Aznur” isə Qazaxıstanın “Almatı”, İspaniyanın “Oviedo” və Çexiyanın “Hoverla Zak Praqa” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, minifutbol üzrə Çempionlar Liqası bu ilin sentyabr ayında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.







Offside